Ankaranın yeni bələdiyyə sədri məlum oldu

ankaranin-yeni-belediyye-sedri-melum-oldu
Oxunma sayı: 1572

28 oktyabrda istefa verən Melih Gökçəkin yerinə yeni sədr seçkiləri keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) namizəd göstərdiyi Mustafa Tuna səs çoxluğu ilə Ankara bələdiyyəsinin sədri seçilib.

O, Bələdiyyə Məclisinin 136 üzvündən 104-nün səsini qazanıb.

Qeyd edək ki, 60 yaşlı M.Tuna 2009-cu ildən Sincan bələdiyyəsinin sədri vəzifəsində işləyirdi.