“Anlamırdım bu, futbol matçıdır, yoxsa nədir” - Qriqorçuk

anlamirdim-bu-futbol-matcidir-yoxsa-nedir
Oxunma sayı: 840

Topaz Premyer Liqasının 27-ci turunda “Qəbələ” – “İnter” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” ukraynalı mütəxəssisin müsahibəsini təqdim edir:

- Qalib gəldik. Düşünürəm ki, haqlı qalibiyyət idi. Bununla da ikinci pilləni rəsmiləşdirdik. 

- Çempionluq üçün “Qəbələ”yə nə çatmadı?

- Çempion olmaq üçün ən yüksək səviyyədə olmalıydıq. Tam analiz etməyəcəyik. Buna çox vaxt lazımdı. Öz aramızda komanda daxilində etmişik. Ancaq aydın görünən bir şey var ki, çempion olmaq üçün heç-heçə oynadığımız oyunları qalibiyyətlə başa vurmalı idik. Həmin oyunlarda onlarla qol epizodları yaratdıq ancaq fərqlənə bilmədik. Bu isə bizim günahımızdı. Bu, sadəcə bir səbəbdi. Bundan başqa da bir neçə səbəb var ki, bu haqda danışmağa dəyməz.

- Sizcə, kubok finalında qalib gələ biləcəksiniz?

- Təcrübə göstərir ki, kubok oyunlarında favorit olmur. Bu turnirin özünəməxsusluğu var. Sadəcə düzgün oynamaq lazımdı. Əlbəttə şanslarımız var. Bu şanslar uğrunda mübarizə aparacağıq. Kubok qazancı “Qəbələ” üçün çox böyük nailiyyət olacaq.

- Bütün rəqiblərinizin sizinlə açıq futbol oynamağını istəyərdiniz?

- Yox, əslində elə deyil. İdmanda əsas nəticədi. “Qəbələ” haqda çox gözəl sözlər deyə bilərəm. Bu mövsüm çox yaxşı keçirdik. Öz tərzimizi yaratdıq. Ciddi futbol oynayırıq. Bu haqda danışa bilərik və bunları da nailiyyət hesab edə bilərik, amma əsas nəticədi. “Qəbələ” bu gün pis oynasaydı, ancaq qalib gəlsəydi əsas olan nəticə olacaqdı. Yaxşı oyunlarımız çox idi. Həmin oyunlarda xal itirirdik. Həyat belədi. Oyun yox, nəticə önəmlidi. Mən istəyirəm ki, biz ideallığa nail olaq. Güclü futbol oynayaq və nəticə əldə edək.

- Çempionluğun hansı oyunda əldən çıxdığını düşünürsüz?

-Hansısa vaxtı götürə bilmərik və deyə bilmərik ki, məhz bu oyunla itirdik. Liqada 28 oyun var. Məsələ bu oyunlarda deyil. Bizim xallarımız itirildi. Qalib gəldiyimiz oyunlarda xal itirdik. Belə halda biz məsələyə tam yanaşmalıyıq. Sadəcə bir oyunla müəyyən etmək olmaz.

- Bir sıra ilklər sizin adınızla bağlıdı. Sizin klubdaki taleyiniz kubok finalından asılıdı, ya planlarınz var?

- İnkişaf etmək lazımdı. Bu, həmişə lazım olan xüsusiyətdi. Bu gün baş vermiş hadisə də başqa cür olmalıydı. Ancaq bu tarixi nəticə idi. “Qəbələ” ilk dəfə gümüş medal qazandı. Stadionda həddindən çox sakitlik var idi. Mən futbol karyeramda hələ belə sakitliyə rast gəlməmişdim. Bir anda elə bir sakitlik var idi ki, anlamırdım bu, futbol matçıdı, yoxsa nədi. Əlbəttə, azarkeşlərə təşəkkür edirəm, gəlib dəstək oldular. Bunu izah edə bilmirəm. İnkişaf etmək mütləqdi. Mənim üçün futbol sadəcə oturub işləmək deyil. Perspektivləri görmək lazımdı. Rəhbərlik nə istəyir növbəti məqsədlərimiz nədi və s. Bu yolda mübarizə aparmaq lazımdı.