“Anlayırsan ki, həmişə müsəlman olmusan, sadəcə, bunu dərk etməmisən” - Video

anlayirsan-ki-hemise-muselman-olmusan-sadece-bunu-derk-etmemisen
Oxunma sayı: 3218

2018-ci ilin payızında İslam dinini qəbul edən müğənni Şineyd O`Konnor İrlandiyada “The Late Late Show”un qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, bu, onun uzun fasilədən sonra ilk dəfə tamaşaçı qarşısında göründüyü şou olub. Efirə hicabda çıxan Şineyd bildirib ki, İslam dinini qəbul etməsini "dəyişiklik" yox, "qayıdış" adlandırır:

"Quranı oxuduqdan sonra anlayırsan ki, sən həmişə müsəlman olmusan, sadəcə, bunu dərk etməmisən. Mənimlə məhz elə bu baş verdi. 52 yaşım var, fərqli bir İrlandiyada böyümüşəm. Bura dini baxımdan zülmə məruz qalan ölkə idi. Hər kəs üçün pis idi, Allahla ünsiyyətdən heç kim sevinc tapmırdı. Faktiki olmadan da müsəlman olmaq olar. Müsəlman dünyada Allahdan başqa heç nəyə sitayiş etməyin qadağan olduğuna inanan yeganə insandır”.  

Qeyd edək ki, Ş. O`Konor İslamı qəbul etdikdən sonra adını dəyişib Şühəda edib.