Anna Sedekovanın Bakıdan ilk paylaşımı

anna-sedekovanin-bakidan-ilk-paylasimi
Oxunma sayı: 5263

Rusiyanın məşhur ulduzu Anna Sedekova Bakıdan ilk fotosunu paylaşıb.  “Qafqazinfo” xəbər verir ki,  o, qaldığı otelin hovuzunda maraqlı şəkil çəkdirib və 5 milyona yaxın izləyicisi olan instaqram səhifəsində yayıb.

Anna paylaşıma belə şərh yazıb: “Adamın sifəti bu cür olur. Səhər saat 10-da məcbur edirlər ki, çəhrayi filaminqo ilə üzüb əlində kokteyl tutasan.  Sonra da “Birinci kanal”da göstərəcəklər ki, Bakıdakı “Jara””.

Bundan əlavə , o, səhifəsinin hekayə bölməsində Bakıdan maraqlı paylaşımlar edib.