ANN.Az-a haker hücumu

annaz-a-haker-hucumu
Oxunma sayı: 732

“Qafqazinfo”nun məlumatına görə, özlərini “Pro_Wikileaks P.C.A (PAKİSTAN CYBER ARMY)” adlandıran haker komandası saytı dağıtmağa cəhd edib.

Hücumla bağlı olaraq, saytın açılmasında ciddi problemlər yaranıb.

Haker qrupu saytın rus dili versiyasının ana səhifəsini dağıdaraq, ora öz emblemlərini yerləşdiriblər. Qısa zamanda saytın fəaliyyəti bərpa edilsə də, sayta hücumlar ara verməyib.

Haker qrupunun sayta hansı məqsədlə hücum etdiyi bəlli deyil.

Məlumat bazasının qorunması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə saytın yeni serverə köçürlüməsinə başlanılıb. Bu gün də saytın açılması və yenilənməsində müəyyən problemlərin olması mümkündür.

Sabahdan sayt tam rejimlə fəaliyyət göstərəcək.

Fatimə Kərimli