“Anne” serialından şikayətçidir - “Övladımı icazəsiz çəkiblər…”

anne-serialindan-sikayetcidir
Oxunma sayı: 2918

İki il bundan əvvəl Star TV-də yayımlanan “Anne” serialı ətrafında qalmaqal yaşanıb.  “Qafqazinfo” xəbər verir ki, valideyn Mehmet Atılgan övladının ekran işinə icazəsiz çəkildiyini iddia edib. 

O, bu yaxınlarda serial izlədiyini, 7 yaşlı uşağının həmin layihədə gördüyünü bildirib.  M. Atılgan bununla bağlı prokurorluğa müraciət edib.  Valideyn serialın baş prodüserindən təzminat tələb etdiyini açıqlayıb. Qarşı tərəf isə onlarda ana və atanın imzasını daşıyan müqavilənin olduğunu bildiriblər. 

Daha sonra məlum olub ki, Meltem Atılgan həyat yoldaşı ilə yeni boşanıb və azyaşlı övladını aktyor agentliklərindən birinə yazdırıb.  Uşaq bir neçə serialda epizodik rollar oynayıb, onlardan biri də "Anne" serialı olub.  

32 yaşlı qadın polisə ifadəsində məsələdən keçmiş həyat yoldaşının xəbərdar olduğunu, M. Atılganın “Sən mənim yerimə müqaviləyə imza at” dediyini bəyan dedib. 

Prokurorluğun araşdırmasından sonra ana Meltem Atılgan haqqında cinayət işi açılıb.  Hazırlanan iddianamədə onun saxtakarlığıa yol verərək ərinin adından imza atdığı qeyd olunub.