Anri “yuva”ya qayıdır

anri-yuvaya-qayidir
Oxunma sayı: 641

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, ingilislər hazırda müqavilə ilə “Nyu-York Red Bullz” klubuna məxsus olan Anrini 2 ay müddətinə icarə əsasında heyətinə qatmaq istəyir. Bununla “topçular” Şamax və Jervinyonun Afrika Millətlər Kubokuna yollanması ilə komanda yaranan boşluğu doldurmaq fikrindədir.
Qeyd edək ki, 34 yaşlı Anri 1999-2007-ci illərdə “Arsenal”ın formasını geyib və 226 qol vurub.

Ceyhun Əhmədov