Anridən qalmaqallı hərəkət - “Futbolçusunu təhqir etdi”

anriden-qalmaqalli-hereket
Oxunma sayı: 1665

Fransa Liqa-1-də çətin günlər yaşayan “Monako”nun baş məşqçisi Tyerri Anri qalmaqalla gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Strasburq”a 1:5 hesabı ilə uduzduqları matçın 43-cü dəqiqəsində o, futbolçusu Kenni Lalanı təqhir edib. 

Oyunçunun meydanda vaxt keçirdiyini düşünən Anri kameralara düşəcək şəkildə ona “fahişənin nəvəsi, meydanda boş vaxt keçirmə” deyib. Tyerrinin təhqirini eşidən 4-cü hakim onu sakitləşdirməyə çalışsa da, o, buna məhəl qoymayıb.