Anrinin qayıdışı möhtəşəm oldu

anrinin-qayidisi-mohtesem-oldu
Oxunma sayı: 637

“Qafqazinfo”nun verdiyi xəbərə görə, turun son qarşılaşmasında “Arsenal”la “Lids” üz-üzə gəlib. Çoxları “topçular”ın aşağı liqa təmsilçisini rahat məğlub edəcəyini düşünsə də, oyunun 78-ci dəqiqəsinə kimi hesab açılmayıb. 78-ci dəqiqədə isə uzun fasilədən sonra “Arsenal”a qayıdan Tyerri Anri səhnəyə çıxıb. 34 yaşlı futbolçu ilk oyununda fərqlənməklə komandasına qələbə qazandırıb.

Qeyd edək ki, Anri “Arsenal”da cəmi 2 ay çıxış edəcək. London klubu bu addımı Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların yerini doldurmaq üçün atıb.

"Arsenal" - "Lids Yunayted" - 1:0
Qol: Anri, 78 (1:0)

Ceyhun Əhmədov