ANS-də 4 veriliş bağlandı - Siyahıda “İç Xəbər” də var

ans-de-4-verilis-baglandi
Oxunma sayı: 9391

ANS telekanalında verilişlərin bağlanması davam edir.

"Qafqazinfo" Publika.az-a istinadən xəbər verir ki, ANS telekanalında “Şoubiz”, “İç Xəbər”, “İtibucaq” və “Düzbucaq” verilişləri bağlanıb.

Xəbərdə bildirilir ki, bu telekanal rəhbərinin şəxsi qərarıdır və bu verilişlərin yayımının dayandırılmasında Milli Teleradio Şurasının göstərişi olmayıb.

Qeyd edək ki, adıçəkilən verilişlər həftənin 6 günü yayımlanırdı.