ANS-də azan qadağası

ans-de-azan-qadagasi
Oxunma sayı: 4831


Ramazan bayramının ikinci gününü yaşayırıq. Hər il Ramazan ayında azan yayımlayan ANS TV bu il bunu etməyib. 

“Qafqazinfo” xəbər verir ki, aktual.az saytının əldə etdiyi məlumata görə, hakimiyyətdən azanın yayımlanması ANS-ə qadağan edilib, hətta efirə azan veriləcəyi təqdirdə ANS kanalının bağlanacağı bildirilib. 

Sayt məlumatı ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Məmmədovla dəqiqləşdirmək istəsə də, o bunu şərh etməkdən boyun qaçırıb.