ANS-də nə baş verir?

ans-de-ne-bas-verir
Oxunma sayı: 8601


“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a açıqlmasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli ANS-də ramazan ayında azanın səsləndirilməsinin qadağan olunması məsələsinə münasibət bildirərkən deyib. S. Məmmədli vurğulayıb ki, azan İslam dinin atributlarındandır və onun Azərbaycanda səsləndirilməsi də bir müsəlman ölkəsi kimi vacibdir: “Hesab edirəm ki, azanın ANS-də səsləndirilməməsinin səbəblərini araşdırmaq lazımdır. Mən bunun təfərrüatın bilmirəm və bu haqda geniş heç nə deyə bilmərəm”. 

Axund əlavə edib ki, Ramazan ayı rəhmət ayı olduğuna görə, ANS-də də azanın verilməsi təmin olunacağına ümid etdiyini qeyd edib. 

Məsələ ilə bağlı ANS-in də mövqeyini öyrənmək istədik. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Məmmədov vitse-prezident Mirşahin Ağayevə müraciət etməyimizi məsləhət bilib: “Mən məzuniyyətdəyəm. Olanlarla bağlı məlumatsızam. Bilmirəm, kim kimə qadağa qoyub. Mirşahin müəllimə zəng edin, o, sizə ətraflı cavab verər”. Mirşahin Ağayev isə ona ünvanladığımız sualı eşidən kimi telefonun dəstəyini asdı. 

Xatırladaq ki, “Aktual.az”-ın məlumatına görə, ANS televiziyası bu il ramazan ayında azanın yayımlamaqdan imtina edib. Xəbərdə bildirilib ki, azanın yayımlanmasına hökumət tərəfindən qadağa qoyulub. Hətta efirə azan veriləcəyi təqdirdə ANS kanalının bağlanacağı haqda da xəbərdarlıq edilib.