ANS haqda institut direktorundan - Açıqlama

ANS haqda institut direktorundan
Oxunma sayı: 2272

ANS Zoologiya İnstitutunun bəzi ərazilərini boşaldıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib.

ANS-in boşaltmadığı otaqların da qaldığını vurğulayan direktorun sözlərinə görə, həmin otaqlarda şirkətin əmlakı, avadanlıqları var: "Bu təxminən 1000 kv.metrə yaxın ərazini əhatə edir. Ayrıca bir sahə isə aidiyyəti dövlət orqanları tərəfindən möhürlənib. Bu, artıq ANS-in iradəsindən asılı deyil, ANS istəsə də, həmin avadanlıqları oradan çıxara bilməz. ANS-in məskunlaşdığı bina Azərbaycan Milli Elmlər Akademiyasına, Zoologiya İnstitutuna məxsusdur. Amma ANS Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə bağlamışdı, bizim binada icarə müqaviləsi əsasında fəaliyyət göstərirdi. Sonradan isə Dövlət Komitəsi həmin müqaviləni ləğv etdi və əmlak Zoologiya İnstitutuna qaytarıldı. Bina qaytarılmalı idi, lakin bu çox çətinliklə baş verdi. Hazırda 80 faiz ərazi Zoologiya İnstitutuna aiddir. Biz özümüz də çətin vəziyyətlə üzləşmişik. Fiziologiya İnstitutunun binası qəzalı vəziyyətə düşdüyü üçün onlar da bizim binaya köçürlər. Ona görə də bizim yaşayış sahələrinə çox böyük ehtiyacımız var".

E. Yusifov ANS-in vaxtilə Zoologiya İnstitutuna məxsus binada qeyri-qanuni olaraq yerləşdiyini də qeyd edib: "Bunlar hamısı faktdır. Akademiyanın prezidenti, hörmətli akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında bu barədə çıxış etdi. Biz o əraziləri çox çətinliklə geri alırıq. Sanki ANS-in əmlakının ödənişsiz gözətçisinə çevrilmişik".

Qeyd edək ki, "ANS Müstəqil Yayım və Media Şirkəti" müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi