ANS-i konsertə niyə buraxmadılar?

ans-i-konserte-niye-buraxmadilar
Oxunma sayı: 2381


“ “ANS”in əməkdaşlarının niyə narazı qaldığını bilmirik. Biz konsertdən bir ay öncə bütün kütləvi informasiya vasitələrini akkreditasiyadan keçirmişdik və müraciət edən heç kəsə "yox" cavabı verməmişik. Akkreditasiyadan keçən hər bir jurnalistə əyləşmək üçün belə yer ayrılmışdı. Dəvətnaməsi olan hər kəs gəldi çəkdi və getdi. Röya xanım, hətta müsahibə istəyən jurnalistlərlə də ayırıca görüşdü. Biz sadəcə imkan vermirik ki, kimsə ayaq üstə qalsın. Əvvəlcədən konsertə gəlmək istəyini bildirməyənlərin adları təbii ki, siyahıda yox idi. Bu üzdən də konsertə 10 dəqiqə qalmış gələn kütləvi informasiya vasitələrinin nümayəndələrinin içəri buraxılması mümkünsüz oldu. Röya xanımın bütün konsertləri bu qayda ilə gedir. Bizdən incimək lazım deyil. Ölkənin digər telekanalları kimi “ANS”ə də hörmətimiz var. Amma bir telekanalın müraciətsiz, qeydiyyatsız olaraq istədiyi vaxt tədbirə qatılmasına şərait yaratmaq digərlərinə hörmətsizlik olardı”.