ANS-in aparıcısından toyu ilə bağlı - - Açıqlama

ans-in-aparicisindan-toyu-ile-bagli-
Oxunma sayı: 4960


 "Qafqazinfo" xəbər verir ki, teleaparıcı toyun həqiqətən də iyulun 17-də baş tutacağını bildirib. Lakin xəbərin mahiyyətində yanlışlıq olduğundan və İrəmə istinadla xəbərsiz yazıldığından teleaparıcı açıqlama vermək zərurətindədir. İrəmin əsas açıqlamaq istədiyi məqam toyun restoranda deyil, dəniz kənarında, qumsalda təşkil edəcəyi barədə yazılanlardır:

“Dəniz kənarında ifadəsi müxtəlif xoşagəlməz şərhlərə səbəb olub. Əslində isə məclis dəniz kənarında deyil, dənizə yaxın otelərin birinin həyətində, açıq havada keçiriləcək”.

Teleaparıcı onu da qeyd edib ki, toydan sonra teleməkandakı işi öz axarı ilə davam edəcək. Gələcək əcnəbi həyat yoldaşı işi ilə bağlı müəyyən bir zamana kimi Türkiyəyə, öz vətəninə gedib gəlsə də, əsas məkanları Azərbaycan olacaq.

Xatırladaq ki, toyda spirtli içki olmayacaq. Tarix Ramazan ayına təsadüf etdiyindən məhşur xanımın şad gününün qonaqlarına iftar vaxtında şam yeməyi təqdim olunacaq. Toy mərasimi maraqlı və ramazan ayına zidd olmayan qaydalara uyğun keçiriləcək.