Ansi Aqolli “Qarabağ”la vida matçına çıxır

ansi-aqolli-qarabagla-vida-matcina-cixir
Oxunma sayı: 1237

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin karyerasını ABŞ-da davam etdirəcəyi dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı müdafiəçi “Nyu-York Kosmos” klubu ilə 1 illik anlaşıb.
 
“Nyu-York Kosmos” Şimali Futbol Liqasında mübarizə aparır (II Liqa). Aqolli həyat yoldaşının Amerikada yaşamasına görə bu seçimi edib. Ağdam klubu ayrılığı tezliklə rəsmən açıqlayacaq. Albaniyalı futbolçunun "Səbail"lə oyunda vida mərasimi təşkil ediləcək.

Qeyd edək ki, Aqolli 2010-cu ildən “Qarabağ”da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.