Antalyada 34 yaşlı azərbaycanlının meyiti hamamda tapılıb

antalyada-34-yasli-azerbaycanlinin-meyiti-hamamda-tapilib
Oxunma sayı: 1397

Türkiyənin Antalya şəhərində 34 yaşlı azərbaycanlı evinin hamam otağında ölü olaraq tapılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Saleh Abdullayevin cəsədi otaq yoldaşının anası tərəfindən aşkarlanıb. 

Abdullayevin vannanın içərisində hərəkətsiz halda uzandığını görən qadın dərhal polisə zəng edib. 

Turizm sektorunda çalışan Saleh Abdullayevin sonuncu dəfə səhər saatlarında itini gəzdirmək üçün çölə çıxdığı məlum olub. 

Gəncin ölüm səbəbini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.