Antalyada 5,2 ballıq zəlzələ olub

antalyada-52-balliq-zelzele-olub
Oxunma sayı: 939

Türkiyənin kurort şəhəri Antalyada zəlzələ olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, 5,2 bal gücündəki yeraltı təkanlar şəhərin Kumluca bölgəsində qeydə alınıb. Bölgə nümayəndəsinin sözlərinə görə, zəlzələ dənizdə daha çox hiss olunub. Xəsarət və itki barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, güclü təkanlar Kumluca ərazisinə yaxın olan Finike, Kəmər və Kaş bölgələrində də hiss edilib.

 Aysel Kərimova