Antalyada azərbaycanlı Şirinin meyiti tapıldı

Antalyada azərbaycanlı Şirinin meyiti tapıldı
Oxunma sayı: 2041

Türkiyənin Antalya şəhərində Azərbaycan vətəndaşı mənzlində ölü tapılıb.

“Qafqazinfo”nun “haberturk”ə istinadən verdiyi xəbərə görə, şəhərin Muratpaşa rayonunun Üçgen məhəlləsində mənzilini 60 yaşlı Şirinə verən ev sahibi ondan xəbər çıxmadığı üçün polisə müraciət edib.

Qeyd olunan ünvana gələn xilasedicilər və təcili tibbi yardım briqadasının əməkdaşları sözügedən şəxsi mənzildə hərəkətsiz halda aşkarlayıblar.

Üzərində şəxsiyyət vəsiqəsi tapılmayan Azərbaycan vətəndaşının 6 ildir Antalyada tək yaşadığı, dolanışığını rəngsaz işləyərək təmin etdiyi, lakin son bir ildir çalışmadığından bələdiyyənin ona qidalanması üçün ərzaqlar verdiyi bildirilir. 

Həyat yoldaşı və uşaqlarının Azərbaycanda olduğu deyilən kişinin cənazəsi ekspertiza olunmaq üçün Antalya Ədli Tibb Qurumunun morquna aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi