Antalyada azərbaycanlı uşaq hovuzda boğulub

antalyada-azerbaycanli-usaq-hovuzda-bogulub
Oxunma sayı: 4085

Türkiyənin Antalya şəhərinə ailəsi ilə birgə tətilə gedən 10 yaşlı Ayxan Zamanov hovuzda boğulub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında, Manavgatdakı 5 ulduzlu otellərdən birində baş verib. 

Ayxanın hovuzda çırpındığını görənlər onu dərhal sudan çıxarıblar. Otel işçiləri uşağa ilkin tibbi yardım göstəriblər. Xəstəxanaya aparılan A.Zamanov yolda dünyasını dəyişib.