Antalyada qəza - 7 turist yaralandı

antalyada-qeza
Oxunma sayı: 778

Türkiyənin Antalya bölgəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, mikroavtobusla avtomobilin toqquşması nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 7-si Rusiya və Özbəkistandan olan turistlərdir.  

Yaralananlar dərhal xəstəxanaya çatdırlıb, vəziyyətlərinin ağır olduğu bildirilir.