Antalyada tornado fəlakəti - 18 yaralı var

Antalyada tornado fəlakəti
Oxunma sayı: 1104

Antalyanın Finikə qəsəbəsində şiddətli leysan yağışısından sonra dənizdə tornado meydana çıxıb.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 18 nəfər yaralanıb.

Xəstəxanaya yerləşdirilən yaralılardan 13-ü ilkin tibbi müdaxilədən sonra evə buraxılıb. Xəsarəti daha ağır olan 5 nəfərin müalicəsi davam etdirilir.

Tornado yaşayış yerlərinə və təsərrüfat sahələrinə də ciddi ziyan vurub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi