Antalyada turistlərin avtobusu dərəyə aşdı - 41 yaralı + Yenilənib

antalyada-turistlerin-avtobusu-dereye-asdi
Oxunma sayı: 1782

Antalyanın Kəmər bölgəsində turistləri daşıyan avtobus dərəyə yuvarlanıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, qəzada xeyli sayda yaralı olduğu bildirilir. Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə xeyli sayda xilasedicilər və təcili yardımlar göndərilib.

***

Qəza nəticəsində 41 nəfər yaralanıb. Onlardan 38-i Polşa vətəndaşıdır. Yaralılardan 2-nin vəziyyəti ağırdır.