Antalyadan Kiyevə gedən təyyarə qəzaya düşdü - 169 sərnişinlə

antalyadan-kiyeve-geden-teyyare-qezaya-dusdu
Oxunma sayı: 5417

Ukraynada sərnişin təyyarəsi xətdən çıxıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Antalya-Kiyev səfərini həyata keçirən təyyarədə olub. Bu səbəbdən Kiev Sikorskiy (Julyanı) Hava Limanında müvəqqəti olaraq uçuşlar dayandırılıb. Bravo Hava Yollarına aid təyyarə saat 20:40-da eniş edərkən xətdən çıxıb.

Qəza zamanı təyyarədə 169 sərnişin olub‚ onlar təcili çıxış qapısından təxliyyə olunublar.

Yaralanan olmayıb.

Murad Əhməd