Antarktikada buzlar sürətlə əriməyə başlayıb

antarktikada-buzlar-suretle-erimeye-baslayib
Oxunma sayı: 1954

ABŞ və Böyük Britniya alimlərinin araşdırmalarına görə, Antarktikada buzlar sürətlə əriməyə başlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buzların ərimə sürəti son 5 ildə 3 dəfə artıb. 2012-ci ildə Antarktikada buzların əriməsi ildə 76 milyard ton təşkil edirdisə, hazırda bu rəqəm 219 milyard tona çatıb.

Növbəti 10 il ərzində hər hansı tədbir görülməsə, əriyən buzlar səbəbindən dəniz suyunun səviyyəsi 3,5 metr artacaq.