“Antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır”

antimilli-qruplasmalarin-yeri-tarixin-zibilxanasidir
Oxunma sayı: 2002

“O ki qaldı antimilli qruplaşmaya onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində söyləyib:

“Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib. Bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma ölkədə hansısa mövqeyə sahib olsun”.