APA prokurorluğa fakt göstərdi - Qalmaqal

apa-prokurorluga-fakt-gosterdi-qalmaqal
Oxunma sayı: 674

APA bununla əlaqədar bildirir ki, həmin məlumat "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun və pis rəftarla mübarizə" adlı dəyirmi masada Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin böyük prokuror metodisti Ramiz Qafarov tərəfindən səsləndirilib. Həmin tədbirdə Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlərlə bağlı məsələ qaldırıb. O, konkret misal gətirərək bir şəxsin telekanalda “seks manyak” kimi təqdim olunduğunu, sonradan həmin şəxsin azadlığa buraxıldığını bildirib. V. Məhərrəmov bildirib ki, telekanallardakı bəzi xəbərlər təqsirsizlik prezumpsiyasının pozulmasına şərait yaradır.

V. Məhərrəmovun çıxışından sonra tədbirin moderatoru bu məsələ ilə bağlı çıxış etmək istəyənlərə söz verməyə hazır olduğunu bildirib. Bu vaxt Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin böyük prokuror metodisti Ramiz Qafarov çıxış edərək V. Məhərrəmovun dediklərini dəstəkləyib. O, əlavə edib ki, Prezident Administrasiyası (PA) tərəfindən Baş Prokurorluğa müraciət olunub. Baş Prokurorluqda isə PA-nın müraciəti əsasında geniş tərkibdə komissiya yaradılıb. Həmin komissiya müvafiq təkliflər hazırlayaraq PA-ya təqdim edib.

APA V. Məhərrəmovun və R. Qafarovun fikirlərinin yer aldığı səs yazısını təqdim edib.