Aparıcı direktor təyin edilib

aparici-direktor-teyin-edilib
Oxunma sayı: 668

İctimai Televiziya və Radio Yayımları Şirkətində növbəti kadr dəyişikliyi edilib. 

“Qafqazinfo”nun BakuPost.az-a istinadən məlumatına görə, bir müddətdir, rəhbərsiz qalan Musiqi, bədii və əyləncəli verilişlər departamentinə yeni direktor təyin edilib. Bu vəzifə “Oberton” verilişinin aparıcısı Xəyalə Əzizovaya həvalə edilib. 

Məlumat üçün bildirək ki, Musiqi, bədii və əyləncəli verilişlər departamentinin sabiq rəhbəri Natiq Abdullayev bir müddət əvvəl bu vəzifədən azad edilərək, "Carçıfilm” Yaradıcılıq Birliyinə direktor təyin edilmişdi.