Aparıcı efirdə qızının ölüm xəbərini təqdim etdi - Video

aparici-efirde-qizinin-olum-xeberini-teqdim-etdi
Oxunma sayı: 8331

ABŞ-ın Cənubi Dakota əyalətində özəl televiziyaların birində çalışan Angela Kennek efirdə qızının ölüm xəbərini təqdim edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yüksək dozalı narkotikdən ölən qızı Emilinin xəbərini göz yaşları içərisində oxuyan Angela analara xəbərdarlıq edib.

O, “Mənim başıma gələn sizin də başınıza gələ bilər” deyərək yeganə qızının ölümü haqqında sənədli veriliş hazırlayacağını bildirib.