“Aparıcı olan müğənnilər heç orta məktəbi yaxşı oxumayıb...”

aparici-olan-mugenniler-hec-orta-mektebi-yaxsi-oxumayib
Oxunma sayı: 2902

Millət vəkili, dilçi alim Nizami Cəfərov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransında televiziyalarda müğənnilərin aparıcılıq etməsindən danışıb.

"Qafqazinfo" xəbər verir ki, millət vəkili çıxışında qeyd edib ki, efirlərdə  aparıcılar ən çox müğənnilərdən seçilir:

"Bu estetik baxımdan yaxşıdır. Amma nəzərə alsaq ki,  o müğənnilər heç orta məktəbi də yaxşı oxumayıblar. Bir cümlədə beş söz varsa onun beşini də səhv deyirlər. Müğənnilərlə yanaşı dili bilən aparıcılar da verilişə dəvət edilməlidir.  Hesab edirəm ki, aparıcının dilindəki qüsura görə televiziya rəhbəri məsuliyyət daşımır. Aparıcılar özləri düzgün şəkildə danışmağı öyrənməlidir". 

***

İTV- nin Yayım Şurasının sədri Muxtar İmanov tədbirdə sərt çıxış edib: "Biz tələm -tələsik hər hansı vəzifəyə istedadsız jurnalisti gətirməməliyik. Savadlı aparıcıları istedadı olmayan, kiminsə tapşırığı ilə işə gətirilən adamlardan fərqləndirməliyik. Ona görə də biz peşəkarları önə gətirməliyik. Burada müğənnilərdən danışıldı. Bəli, onların səsi, görünüşü qəşəngdir. Amma onların mənəviyyatı da gözəl ola bilirmi? Ona görə də biz istedadlıları müdafiə etməliyik, onları qeyri-peşəkarlardan fərqləndirməliyik".

Günel Türksoy