Aparıcı Tamilla Abdullayeva qəzada öldü

aparici-tamilla-abdullayeva-qezada-oldu
Oxunma sayı: 9092

Rusiyanın Mahaçqala şəhərində dağıstanlı aparıcı Tamilla Abdullayeva avtomobil qəzası nəticəsində həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda onun həmkarı Natalya Poreskaya instaqram hesabında yazıb.

Hadisə şahidinin "RİA Novosti”yə verdiyi məlumata görə, qadın jurnalist hadisə yerində vəfat edib: “O, öz həmkarı ilə bir yerdə idi. Zərbə ona dəyib. Həmkarı bir az xəsarət alıb. Sükan arxasında 22 yaşlı oğlan olub”.

T. Abdullayeva “MTV Stolitsa” ("МТВ Столица") telekanalında baş redaktor olub. Bundan əlavə, o, “Tibb bələdçisi” və “Uğur düsturu” proqramlarının aparıcısı idi.