Aparıcıdan Ardanın cəzasız qalmasına etiraz - Video

aparicidan-ardanin-cezasiz-qalmasina-etiraz
Oxunma sayı: 2412

Xəbər verdiyimiz kimi, futbolçu Arda Turan müğənni Berkay Şahini döydüyü və xəstəxanada silah çəkdiyi üçün 2 il 8 ay 15 gün həbsə məhkum edilib. Ancaq hökmün elanı təxirə salınıb. Arda bu müddətdə qanunlara əməl edərsə, cəzası ləğv edilə bilər. 

“Qafqazinfo”nun məlumatına görə, Ardanın bu cür cəzalandırılması “Show Xəbər”in aparıcısı Ece Üner tərəfindən sərt şəkildə şərh olunub. Aparıcı xəbərlər proqramının canlı efirində ədliyyə sistemini tənqid edib: 

“Madam ki, Arda Turan bizim yerimizə manşet atır, biz də onun yerinə qol ataq. Sabah kiminsə arvadına qarşı zorakılıq etməsək də, söz ata, ərinə hücum edib burnunu sındıra, xəstəxanaya qanunsuz silahla girib, o silahı çəkə bilər, demək olar ki, heç bir cəza almaya bilərik. Cəzalandırılmayacağımızı bildiyimiz üçün bunları rahatlıqla edə bilərik. Nəhəng ədalət sistemi Arda Turana başqa, bizə başqa qərar çıxarmaz, yəqin”.