Aparıcının evinə oğru girdi - Fotolar

Aparıcının evinə oğru girdi
Oxunma sayı: 4210

Araz FM-in əməkdaşı, tanınmış radio aparıcısı Aygün Akifin başına iş gəlib.  “Qafqazinfo” xəbər verir ki, səhər saatlarında aparıcınının yaşadığı mənzila oğru girib. 

Bu barədə Aygün sosial şəbəkədə məlumat yayıb.  O, talan olunan evin fotolarını paylaşaraq ikinci dəfə belə bir halın baş verdiyini qeyd edib:

“Günün gündüz çağı evimə basqın edib nə var, nə yox talayıb aparıblar. Polis və əməliyyatçılar gözləyir ki, vicdansız evdəkilərin başını kəssin. 102 xidməti nə üçün yaradılıb? Bu il ikinci dəfədir evimizi bu hala salırlar. Vallah, çox “rahat” və “hüzurlu” yatırıq.  Sabah səsimiz gəlməsə, bilin ki, bizi öldürüblər. Sabaha çıxmağa ümidim yoxdur. Buna dözə bilmədim və paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq”. 

***

Radio aparıcısı modern.az-a açıqlamasında 30 min dollar dəyərində ziyana düşdüklərini bildirib: “30 min dollardan yuxarı ziyan dəyib. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi