Aparıcının keçmiş arvadı illər sonra ikinci dəfə ailə qurdu - Foto

aparicinin-kecmis-arvadi-iller-sonra-ikinci-defe-aile-qurdu
Oxunma sayı: 4042

Türkiyəli şoumen Mehmet Əli Ərbilin keçmiş həyat yoldaşı Sədəf Altuntaş ikinci dəfə ailə qurub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mehmet Əli ilə 1 il 5 ay ailəli olan Sədəf həyatını yenidən qurmaq qərarı verib. Modelyerin 10 həftəlik hamilə olduğu deyilir.

Qeyd edək ki, 39 yaşlı Sədəf Altuntaş Mehmet Əli Ərbillə evliliyi ilə tanınmışdı. 2004-cü ildə Sədəfdən boşanan şoumen illər sonra onun evləndiyi qadınlardan ən fərqlisi olduğunu etiraf etmişdi.