Apellyasiya Məhkəməsi güzəşt etmədi

apellyasiya-mehkemesi-guzest-etmedi
Oxunma sayı: 1177

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək prosesdə M.Ueldanova güzəşt edilməyib, onun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Murad Əhməd