“Apple” al-qırmızı rəngdə “iPhone 7” buraxıb

apple-al-qirmizi-rengde-iphone-7-buraxib
Oxunma sayı: 1791

“Apple” şirkəti al-qırmızı rəngdə “iPhone 7”, “iPhone 7” Plus, yeni video proqram və “iPad”ı satışa buraxıb.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yeni smartfonların qiyməti təqribən 1000 və 1200 dollar təşkil edəcək. Yeni iPad-ın satışları martın 24-də başlayacaq.

Beləliklə, şirkət bununla QİÇS-lə mübarizə çərçivəsində RED proqramı ilə əməkdaşlığının 10 illiyini qeyd edir.

Xüsusi seriya ilə buraxılan bu smartfonların satışından əldə olunan gəlir QİÇS-lə mübarizə aparan Qlobal Fonda təqdim ediləcək.

QİÇS-lə mübarizə aparan RED layihəsi U2 Bono qrupunun solisti tərəfindən yaradılıb. Şirkətin məlumatına görə, RED məhsullarının satılması nəticəsində 130 milyon dollar xeyriyyə vəsaiti toplanıb.