“Apple” bu şirkəti almaq istəyir

apple-bu-sirketi-almaq-isteyir
Oxunma sayı: 1210

Bu il “Apple” şirkəti məşhur Netflix servisini ala bilər.

“Qafqazinfo” “technote”yə istinadən xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Məlumata əsasən, şirkət artıq uzun zamandır ki, orijinal film və videokontent sahəsinə girməyi planlaşdırır. Lakin Netflix, Amazon və Hulu kimi servislər ilə rəqabət ciddi məsələdir. Görünür, “Apple” şirkəti rəqiblərindən birini kənarlaşdırmaq əvəzinə özünə əməkdaş etmək istəyir.

Analitiklər bildiriblər ki, 40%-lik ehtimalla “Apple” Netflix servisini alacaq. Servis 194.2 milyard dollar dəyərində qiymətləndirilir.

Müqavilənin mümkün qiyməti isə 220 milyard dollar təşkil edə bilər.

Analitiklərin fikrincə şirkət konqress tərəfindən qəbul olunmuş və prezident Donald Tramp tərəfindən imzalanmış vergi qanun layihəsindən istifadə edə bilər. Bu qanun layihəsi böyük şirkətlərin ölkədən kənarda yerləşən vəsaitləri yenidən ölkəyə qaytarılan zaman həmin şirkətlərə güzəştlərin verilməsinə imkan yaradır.