“Apple” etiraf etdi

apple-etiraf-etdi
Oxunma sayı: 2521

Bir müddətdir “iPhone” istifadəçiləri “Apple” şirkətinin öz cihazlarını süni şəkildə zəiflətdiyi barədə şikayət edirdilər.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkət belə üsulla cihazlarda olan batareyaların uzun müddət işlək vəziyyətdə qalmalarına nail olurdu.

Məsələyə şirkət tərəfindən münasibət bildirilib. Qeyd edilib ki, ilk dəfə bu funksiya keçən il “iPhone 6”, “iPhone 6s” və “iPhone SE” modellərində reallaşdırılıb. OS 11.2 əməliyyat sistemi vasitəsilə “iPhone 7”də işə düşüb.

Şirkətdən bildirilib ki, yüksək texniki göstəricilər nəticəsində litium-ion batareyaları yüklənməyə dözmürlər və buna görə də smartfonun daxili komponentlərinin qorunub saxlanması üçün cihaz avtomatik olaraq sönür. Bu bir növ “iPhone 6” ilə “iPhone 6s” cihazlarının avtomatik olaraq sönmələri probleminin açıqlamasıdır.

Şirkətin bu problemi rəsmi olaraq etiraf etməsindən sonra onun həll olunması üçün “Apple”ın hansı üsullardan istifadə edəcəyini gözləmək qalır.