“Apple” istifadəçilərinə şad xəbər - “iOS 12” təqdim edildi

apple-istifadecilerine-sad-xeber
Oxunma sayı: 1715

“Apple” şirkəti “Worldwide Developers Conference” konfransı çərçivəsində mobil qurğular üçün yeni “iOS 12” əməliyyat sistemini təqdim edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yeni əməliyyat sistemi yüksək məhsuldarlığa malik olması ilə seçilir.

Yeni versiya “iPhone 5s” daxil olmaqla müxtəlif smartfonlarda, o cümlədən “iPad mini 2” və “iPad Air” planşetlərində işləyir.

Məlumata görə, “iOS 12” virtual reallıq əlavələrində əvvəlki versiyalarla müqayisədə daha güclü izləmə sisteminə malikdir. Sistem, həmçinin bir əlavə tərəfindən göndərilən bildirişləri qruplaşdırır. Tərtibatçılar tərəfindən əməliyyat sisteminə digər proqramların iş vaxtını qeydə alaraq onları məhdudlaşdıran xüsusi proqram əlavə olunub.