“Apple” məşhur proqramı alır

apple-meshur-proqrami-alir
Oxunma sayı: 1645

“Apple” şirkəti məşhur musiqi axtarış proqramı “Shazam”ı almaq üçün danışıqları aparır.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, qarşı tərəfə 400 milyon dollar təklif edildiyi bildirilir.

Qeyd edək ki, 1999-cu ildə qurulan və ayda 100 milyondan çox istifadəçisi olan “Shazam”, gəlirinin böyük bir hissəsini “Apple iTunes” marketinə yönləndirdiyi istifadəçilərdən əldə edir.