“Apple” problemləri etiraf etdi

“Apple” problemləri etiraf etdi
Oxunma sayı: 1486

“Apple” korporasiyası “iPhone X” qurğusunda sensor ekranla bağlı problem olduğunu etiraf edib. Belə ki, smartfon soyuq havada toxunuşlara reaksiya vermir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkət tezliklə bu çatışmazlığı aradan qaldırmağı planlaşdırır.

“Apple” şirkəti bu vəziyyəti yalnız “Reddit” istifadəçisinin şikayətindən sonra şərh edib. Digər “iPhone X” sahibləri də bu istifadəçini dəstəkləyiblər:

“Biz havanın kəskin soyuqlaşmasından sonra “iPhone X” qurğusunda ekranın toxunuşlara reaksiya verməməsindən xəbərdarıq. Bir neçə saniyə sonra ekran yenidən toxunuşlara reaksiya verir. Bu problemin həlli smartfonun növbəti yeniləmələrində əsas məsələlərdən biri olacaq”, - deyə şirkətin nümayəndəsi bildirib.

Qeyd edəək ki, “iPhone X” qurğusunda ekranın alışa bilməsi ilə bağlı xəbərdarlıqd da edilib. Uzun müddət ekranda yüksək kontrastlı parlaq şəkil açıq olduqda belə effekt yaranır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi