“Apple” “Shazam”I aldı - 400 milyona

apple-shazami-aldi
Oxunma sayı: 1286

“Apple” şirkəti musiqi təyini platforması olan “Shazam”ı aldığını rəsmi olaraq elan etdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə “Apple” şirkətinə 400 milyon dollara başa gəlib.

“Shazam”ın istedadlı komandasının “Apple” şirkətinə daxil olması münasibətilə həyəcanlıyıq. Bizim Shazam ilə bağlı çox maraqlı planlarımız var və onları reallaşdırmaq üçün səbrsizlənirik”,– deyə bildirilib.

Məlumata əsasən “Apple” “Shazam” ilə 5 aya yaxın danışıqlar aparıb.