“Apple” tarixində ən böyük sızıntı - Mənbə kodları oğurlanıb

apple-tarixinde-en-boyuk-sizinti
Oxunma sayı: 1464

İOS yükləmələri üçün cavabdeh olan “iBoot”un mənbə kodları “Github”da yerləşdirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, mənbə kodunun kim tərəfindən sızdırıldığı bilinmir.

“Github”a sızdırılan kodun “İOS 9”a aid olduğu məlum olub.

Məlumata görə, “iBoot”un mənbə kodları gizli məlumatlardır. “Apple” bu faylları yayımlamır.

“Apple Mac OSX” və İOS əməliyyat sistemləri haqqında kitab müəllifi Conatan Levin bu hadisəni şirkət tarixində ən böyük sızıntı adlandırıb.

“Apple” bu sızıntı ilə bağlı hələlik açıqlama verməyib.