“Apple” üç smartfon təqdim edəcək

“Apple” üç smartfon təqdim edəcək
Oxunma sayı: 814

“Apple” şirkəti bu il 3 yeni məhsul satışa buraxacaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yeniliklər arasında, həmçinin “iPhone X” smartfonunun yenilənmiş versiyası və sözügedən qabaqcıl smartfonun nisbətən ucuz versiyası olacaq.

Şirkət bu yolla smartfondan çoxməsələlik gözləyən və “iPhone X” smartfonunun daha ucuz versiyasını axtaran istehlakçıları razı salmaq istəyir.

Yeni smartfon 1242x2688 piksel təsvir ölçülü ekrana, “OLED” texnologiyası və “Face ID” skanerinə malik olacaq. Gözləntilərə görə, böyük və yenilənmiş smartfonlarda yeni “A12” prosessoru tətbiq ediləcək.

Bəzi regionlar üçün iki SİM kartlı telefon seçimi imkanı nəzərdən keçirilir. Smartfonun ucuz versiyasında “Edge-to-Edge” ekranı və “Face ID” skaneri olacaq.

Yeni smartfonların cari ilin payızında təqdim ediləcəyi bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi