“Apple” üzr istədi, qiymətləri endirdi

“Apple” üzr istədi, qiymətləri endirdi
Oxunma sayı: 4127

“Apple” korporasiyası köhnə “iPhone” modellərinin işindəki ləngimələrə görə öz müştərilərindən üzr istəyib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkətin açıqlamasında bunlar qeyd edilib:

“Bəziləriniz “Apple” şirkəti tərəfindən aldadıldığını düşünür. Biz üzr istəyirik. Bu problem bir çox anlaşılmazlıqlar yaradıb, buna görə biz izahat vermək və üzərində işlədiyimiz dəyişikliklər haqda məlumat vermək istərdik.

Biz istehlakçıları öz qurğularını yeniləməyə məcbur etməkdən ötrü “Apple” şirkətinin istənilən məhsulunun xidmət müddətini azaltmaq üçün heç bir tədbir görməmişik və görməyəcəyik. Biz istehlakçılarımızın xoşuna gələn məhsullar yaratmağı qarşımıza məqsəd qoymuşuq və uzun müddət işləyən “iPhone” yaradılması bu hədəfin mühüm hissəsidir”.

Korporasiyanın nümayəndələri köhnə modellər üçün batareyaların dəyişdirilməsi dəyərini 79-dan 29 ABŞ dollarınadək azaltmağa dair söz veriblər. Həmçinin məlumat veriblər ki, 2018-ci ilin yanvarında çıxarılacaq yeni “iOS” yeniləməsi istifadəçilərə “Apple” cihazlarında akkumulyatorların vəziyyəti haqda daha çox informasiya əldə etməyə imkan verəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi