“Apple”ın baş direktoru Bakının fotosunu paylaşdı

applein-bas-direktoru-bakinin-fotosunu-paylasdi
Oxunma sayı: 3564

Sosial şəbəkədə müxtəlif ölkələrdən maraqlı fotolar paylaşmağı sevən “Apple” şirkətinin direktoru Tim Kukun budəfəki seçimi Azərbaycandan olub. 

“Qafqazinfo” xəbər verir ki, şirkət rəhbəri “Twitter” hesabında Bakı bulvarı haqda tvit ataraq “Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı” sözlərini yazıb. 

Qeyd edək ki, Tim Kukun rəsmi “Twitter” səhifəsini 11 milyondan çox insan izləyir.