Aprel məhbuslarına əfv ərizəsi yazmaq təklif edilib

aprel-mehbuslarina-efv-erizesi-yazmaq-teklif-edilib-
Oxunma sayı: 644

. Ombudsman Elmira Süleymanova dövlət başçısına müraciətində 70 məhbusun əvf olunmasını istəyib. Onların arasında siyasi məhbusların adlarının olması barədə birmənalı fikir yorxdur.
Qeyd edək ki, AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri də dövlət başçısı İlham Əliyevə müraciət edərək 2 apreldə həbs olununları azadlığa buraxmağa çağırıb.
Siyasi Məhbus Ailələri Müdafiə Komitəsinin rəhbəri Arzuman Məcidli “Bizim Yol”a deyib ki, o, veriləcək əfvdən heç nə gözləmir: “Belə söz-söhbətlər gəzir ki, veriləcək əfvə aprel məhbuslarından bir-ikisinin adını sala bilərlər. Bəziləri isə hesab edir ki, əfvdə Cabbar Savalan və Bəxtiyar Hacıyevin adı olacaq. Ona görə də fərmanın elan olunmasını gözləmək lazımdır”.
Arzuman Məcidli deyib ki, onlar əfvlə bağlı da müraciət etməyiblər: “Bizim belə bir niyyətimiz yoxdur. Çünki vicdan və siyasi məhbuslar günahsızdırlar. Onlar heç bir cinayət əməli törətməyiblər. Məndə olan məlumata gürə, Cabbar Savalan, Bəxtiyar Hacıyev, və Ruslan Bəşirli də fvlə bağlı müraciət etməyib. Belə müraciətlərin olması haqqında fikirlər əsassızdır”.
Müsahibimiz əlavə etdi ki, aprel məhbuslarının özlərinə, eləcədə valideynlərinə qeyri-rəsmi şəkildə əfv ərizəsi yazmaq təklif olunub: “Şəxsən mənə də belə təkliflər edilib. Ancaq bu təklif hamı tərəfindən rədd edilib».

bizimyol.az