Aprel şəhidinin doğum günü qeyd edildi

Aprel şəhidinin doğum günü qeyd edildi
Oxunma sayı: 922

Bu gün Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

"Qafqazinfo"ya İH-dən daxil olan məlumata görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, qohumları, fəal gənclər və məktəblilər iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etdi ki, hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Güclü Ordusu olan dövlət basılmazdır, yenilməzdir. Milli Ordumuzda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanımızın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur.

Daha sonra çıxış edən şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Mahirin həyatı haqqında məlumat verdi. Şəhidin atası bildirdi ki, Mahir Sabir oğlu Mirzəyev 1994-cü ildə Bakı şəhərində anadan olub. Mahir Mirzəyev 2011-ci ildə orta təhsilini Nərimanov rayonunda yerləşən 36 saylı məktəbində bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və sənaye" fakültəsinə daxil oldu. Daha sonra 2015-ci ildə Qafqaz Universitetində magistr pilləsinə qəbul olmuşdur. Əsgər Mahir Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Sonra şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş “Vətən sağ olsun!” sənədli filmi nümayiş edilib.

Filmin nümayişindən sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol və şahmat üzrə rayon turnirlərinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi