Aprelin 23-dən rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmayacaq

aprelin-23-den-rayon-qeydiyyatli-masinlar-bakiya-buraxilmayacaq
Oxunma sayı: 2749

Növbəti "Formula 1 Azərbaycan Qran Prisi" yarışları ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq 2015-ci il protokoluna uyğun olaraq Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, paytaxtda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə aprelin 23-dən məhdudiyyət tətbiq ediləcək.

"Qafqazinfo" xəbər verir ki, bunu APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

R. Quliyev bildirib ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.