Aptekdən oğurluq etdilər

aptekden-ogurluq-etdiler
Oxunma sayı: 767

Lənkəran rayon Şiləvar kəndində apteklərdən birindən 282 manat dəyərində müxtəlif dərman preparatlarının və uşaq qidaları oğurlanıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Vüsal Ağazadə və qardaşı Fərid olmaları, onların digər cinayətdə iştirakları da müəyyən edilib. 

Məlum olub ki, onlar noyabrın 18-də kənddəki digər bir mağazadan 150 manat pul və 1191 manat qiymətində müxtəlif ərzaq və gigiyena məhsulları da oğurlayıblar. 

Oğurlanmış məhsulların bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb, istintaq aparılır. 
Murad Əhməd